BANK

«Bank Respublika» filialını bağlayacaq
26 OKTYABR
1237

«Bank Respublika» filialını bağlayacaq

2016-10-26 14:46:00

«Bank Respublika» Bakı şəhərindəki əsas filiallarından birini bağlayacaq. Bankdan fins.az-a bildirilib ki, bankın «Mərkəz» filialından gedir. Qərara görə, «Mərkəz» filialı ləğv edilərək  bankın baş ofisinə birləşdiriləcək. Bankdan bildirilir ki, qərara səbəb xərclərin optimallaşdırılması, yəni qənaətdir.

Qeyd edək ki, “Bank Respublika”nın baş ofisi Xaqani küç. 21 ünvanında, Mərkəz filialı isə Xaqani küç. 14 ünvanında yerləşir: «Müştərilərin böyük hissəsi  filialla yaxın məsafədə yerləşən baş ofisə müraciət edirlər. Ona görə də artıq bu filialın fəaliyyət göstərməsinə ehtiyac qalmır. Bununla bağlı bank ilin sonundan etibarən  Mərkəz filialını baş ofisə birləşdirmək qərarına gəlib».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272