BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
26 OKTYABR
1416

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-10-26 13:02:00

Oktyabr ayının 26-da  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Amrahbank”dır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.6670 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1.5641 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə “Azər-Türk Bank”da tətbqi edilir-  1.6730 manat. Ancaq  bu bank bu gün dollar satışını dayandırıb. Ona görə də bu gün ən ucuz dolları “Xalq bank” və “Naxçıvanbank”dan ala bilərsiz. Bu banklar 1 dolları 1.6800 manata satır.  

Dolların ən yüksək satış qiyməti isə 1.6943 manatdır. Bu gün “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

  Avro qiymətləri  

Avronu ən baha  satan Azərbaycan Beynəlxalq Bankıdır. Bu bankda Avropa  valyutası 1.8446 manata satılır.  Avronu ən ucuz  İran Milli Bankının Bakı filialı satır -1.8300 manat.

Avronu  ən ucuz alan isə “Azərbaycan Sənaye Bank”dır -1.7100 manat.    Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro  1. 8130 manata alınır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272