BANK

“Bank VTB” birgünlük istiqrazlar yerləşdirməyə başlayıb
26 OKTYABR
234

“Bank VTB” birgünlük istiqrazlar yerləşdirməyə başlayıb

2016-10-26 09:15:00

Rusiya maliyyə bazarında debüt baş tutub: “Bank VTB” birgünlük istiqrazların yerləşdirilməsinə başlayıb.

Tələb cəmi 3 milyard rubl təşkil etsə də, bank investorlara 25 milyard rubl (405 milyon dollar) həcmində birgünlük istiqraz təklif edib. İstiqraz üzrə illik gəlirlilik 10,26 faiz olub.

“Bank VTB”, ümumiyyətlə 5 trilyon rubl həcmində birgünlük istiqraz yerləşdirməyi planlaşdırır. Yerləşdirmə hər gün həyata keçiriləcək, lakin bankın hər gün bazara çıxmaq kimi öhdəliyi yoxdur. Başqa sözlə, bank cari likvidliyinə əsaslanaraq emissiyanı istədiyi vaxt həyata keçirəcək.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275