BANK

“Caspian Development Bank"ın aktivləri artıb
25 OKTYABR
261

“Caspian Development Bank"ın aktivləri artıb

2016-10-25 10:43:00

“Caspian Development Bank (CDB)” ASC 2016-cı il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Bank bu ilin 9 ayını 10 milyon 528 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin anoloji dövründə 495.77 min manat zərər açıqlamışdı.

Bu ilin 9 ayında CDB Bankın cəmi gəlirləri 11 milyon 404 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 712 min manat, qeyri-faiz gəlirləri 4 milyon 927 min manat təşkil edib.

2015-ci ilin 9 ayı ərzində CDB Bankın cəmi gəlirləri 14 milyon 929 min manat təşkil etmişdi. Ötən il gəlirlərin yüksək olmasının səbəbi 11 milyon 671 min manatlıq  məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir idi.

Bank cari ilin 9 ayını 5 milyon 897 min manat əməliyyat mənfəəti ilə başa vurub. Həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 4 milyon 631 min manat əməliyyat mənfəətinə əlavə olunub. Ehtiyatlardan mənfəətə əlavə CDB Bankda gecikmədə olan kreditlərdə vəziyyətin yaxşı istiqamətdə olduğuna işarə edir.

KAPİTALI ARTIB

30 Sentyabr 2016-cı il tarixinə “Caspian Development Bank" 124 milyon 503 min manat cəmi aktivlərə, 54 milyon 846 min manat cəmi öhdəliklərə, 69 milyon 657 min manat cəmi kapitala malik olub. Ötən ilin Sentyabr ayının sonunda Bank 96 milyon 161 min manat cəmi aktivlərə, 45 milyon 571 min manat öhdəliklərə və 50 milyon 590 min manat cəmi kapitala malik idi.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275