BANK

Bankın müşahidə şurasının üzvləri təyin ediləcək
25 OKTYABR
401

Bankın müşahidə şurasının üzvləri təyin ediləcək

2016-10-25 09:31:00

«Bank Respublika»nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az-ın məlumatına görə, yığıncağın gündəliyində duran əsas məsələlər yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi və bununla əlaqədar olaraq  “Bank Respublika”nın nizamnaməsinə müvafiq dəyişikliyin edilməsidir. Bundan əlavə  bankın müşahidə şurasının üzvləri təyin ediləcək.Yığıncaq  noyabr ayının 30-i saat 15:00-da  bankın baş ofisində keçiriləcək.

Xatırladaqki, «Bank Respublika» səhm buraxılışı ilə nizamnamə kapitalını 20 milyo nmanat artırmağı planlaşdırır. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası bankın adi sənədsiz səhmlərinin əlavə buraxılışını oktyabr ayının 3-də AZ1002002884  qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alıb. Hər birinin nominal dəyəri 2,45  manat olan səhmlərin ümumi sayı 8 163 280 ədəd təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272