BANK

"ASB Bank"ın aktivləri artıb
24 OKTYABR
263

"ASB Bank"ın aktivləri artıb

2016-10-24 13:05:00

“ASB Bank” ASC 2016-cı ilin 3-cü rüb göstəricilərini açıqlayıb.

Fins.az-ın verdiyi məlumata əsasən, sözügedən dövrdə bankın aktivləri 636 mln 406 min manat təşkil edib. Bu göstərici ikinci rüb ilə müqayisədə 0,67% , yəni  4 mln 248 min manat çoxdur. Birinci rüb ilə müqayisədə isə aktivlərin həcmi 31 mln 995 min manat azdır. Bankın aktivləri keçən ilin yekununda 690 mln 399 min manat təşkil edirdi.

Bu dövrdə “ASB Bank”ın ümumi kredit portfeli 226 mln 196 min manat olub. Bankın müştərilərə verdiyi kreditlərin həcmi keçən rüb ilə müqayisədə 3 mln 93 min manat artıb.

2016-cı ilin üçüncü rübündə bankda yerləşdirilən depozitlərin həcmi birinci rüb ilə müqayisədə 10%, ikinci rüb ilə müqayisədə isə 0,12%  azalaraq 366 mln 298 min manat olub.

3-cü rübdə “ASB Bank” ASC-nın cəmi kapitalı isə 83 mln 820 min manat təşkil edib.

Bank rübü mənfəətlə başa vurub. Xalis mənfəətin keçən rüblərlə müqayisədə artaraq5 mln 992 min manat həcmində olub.

Bank “Capital İnvestment Bank” (Cİ Bank) kimi təsis olunmuş və fəaliyyətə başlamışdır. 1996-cı ildə “Azərbaycan Sənaye Sığorta” ASC-ni 100% payla təsis etmişdir. TSE-İSO-EN 9000 şərtlərinə uyğun keyfiyyət nişanı almışdır ki, bu da bankın iş sisteminin beynəlxalq keyfiyyət sistemi olan İSO standartlarına uyğun olduğunu göstərən ən etibarlı və mühüm göstəricidir. 2004-cü ildə “Azərbaycan Sənaye Liniq” MMC-ni 100,0% payla təsis etmişdir. 2005-ci ilə “Capital İnvestment Bank” (Cİ Bank) adını dəyişərək “Azərbaycan Sənaye Bankı” ASC adı ilə fəaliyyətini davam etdirmişdir. Milli kart MMC-nin təsis edilməsində 10,0% payla iştirak etmişdir. Bankın baş ofislə bir yerdə 7 filialı fəaliyyət göstərir.

Mənbə: banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275