BANK

"Lizinq şirkətlərinin də Kredit reyestrinə çıxışı olmalıdır"
22 OKTYABR
484

"Lizinq şirkətlərinin də Kredit reyestrinə çıxışı olmalıdır"

2016-10-22 10:44:00

Banklardan və bank olmayan kredit təşkilatlarından fərqli olaraq, lizinq şirkətləri indiyədək Maliyyə Bazarlarına Nəzarət Palatası yanında fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulmayıb (qanunvericiliyə əsasən, bu şirkətlərə yalnız özəl kredit bürolarının fəaliyyəti şamil edilir). Şübhəsiz ki, bu, lizinqalanlar tərəfindən ödənişlərin edilməməsi ilə bağlı risklərin qarşısının alınması imkanlarını azaldır.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının idarə heyətinin sədri Elçin Əhmədov rəsmi qəzetdə dərc edilmiş məqaləsində yazıb.

“Buna görə də lizinq şirkətləri üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil olma imkanını əldə etmək zəruridir. Fikrimizcə, bank sektorunda problemli kreditlərin artdığı bir şəraitdə belə məlumatların əldə edilməsi üçün MKR-ə qoşulma olduqca vacibdir”,- o qeyd edib.Banklardan və bank olmayan kredit təşkilatlarından fərqli olaraq, lizinq şirkətləri indiyədək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası yanında fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulmayıb (qanunvericiliyə əsasən, bu şirkətlərə yalnız özəl kredit bürolarının fəaliyyəti şamil edilir). Şübhəsiz ki, bu, lizinqalanlar tərəfindən ödənişlərin edilməməsi ilə bağlı risklərin qarşısının alınması imkanlarını azaldır.

Mənbə: Marja.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274