BANK

Mühasibat balansı hesabatı verilməyəcək – YENİ QAYDA
22 OKTYABR
2103

Mühasibat balansı hesabatı verilməyəcək – YENİ QAYDA

2016-10-22 09:27:00

Nazirlər Kabineti “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar verib. 

Fins.az-ın məlumatına görə, dəyişiklik kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi ilə bağlıdır.  

Dəyişikliyə əsasən mühasibat balansı kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibindən çıxarılıb. Bunun əvəzində kommersiya təşkilatları maliyyə vəziyyəti haqında hesabat təqdim etməlidirlər. Eyni zamanda kommersiya təşkilatları artıq  mənfəət və zərər haqqında hesabat deyil, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat verməlidirlər. 

Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibinə daxil olan digər 3 hesabat forması dəyişməyib və bundan sonra da qüvvədə olacaq. Bura kapitalda dəyişikliklər haqqında və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, o cümlədən əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər daxildir. 

Qeyd edək ki, kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274