BANK

Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağı hədəflədi
21 OKTYABR
1974

Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağı hədəflədi

2016-10-21 15:47:00

Oktyabrın 1-nə olan məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 60 milyon azalıb. Fins.az xəbər verir ki, bu dövr üçün valyuta ehtiyatının həcmi 4132,7 milyon dollar təşkil edib, halbu ki, avqustun sonunda 4192.5 milyon dollar təşkil edirdi. Buna görə də Mərkəzi Bank artıq valyuta ehtiyatlarını qorumaq barədə qərar verib. 

Ölkənin bank sektoru da müəyyən qədər pis sürprizlərdən qorunmağa çalışır. Lakin Mərkəzin Bankın nəticə etibarilə valyuta hərracında zəif iştirakı təklif edilən valyutanın həcminin getdikcə azalmasına səbəb olacaq. Bu isə dolların real bazar qiymətinə yaxınlaşmasına yol açacaq, yəni bahalaşması baş verəcək. Proqnozlara görə, qarşıdakı aylarda dolların məzənnəsi 1.64-1,70 arasında dəyişə bilər.  

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272