BANK

Kompensasiyalar xarici valyuta ilə verilə bilər
21 OKTYABR
651

Kompensasiyalar xarici valyuta ilə verilə bilər

2016-10-21 14:10:00

"Azərbaycanda həm manatda, həm də valyutada olan böyük məbləğdə olmayan qorunan əmanətlər üzrə verilən kompensasiyalar valyutaya konvertasiya oluna bilər".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kredit Büroları haqqında" qanunun müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

"Bank Standard"ın qorunan əmanətləri kompensasiya edilir. Qorunan əmanətlər qanuna müvafiq olaraq 100% həcmində kompensasiya edilir. Qorunmayan əmanətlərə gəlincə, həmin insanlar şüurlu surətdə buna qol çəkiblər. Məsələn, bankda "Uşaq əmanəti"nə görə ildə 20% xarici valyutada faiz ödənilib. Siz də digər tərəfdən deyirsiniz ki, biznesmenlər yuxarı faizlə kredit ala bilmir. Bəli, iqtisadiyyat xarici valyutada 20%-i generasiya etmək iqtidarında deyil, o qədər dəyər yaratmaq mümkün deyil. Bəri başdan bəllidir ki, bu 20%-lik depozit itəcək. Bu məbləğdə xarici valyutada faiz alan insanlar bilərəkdən o itkilərə qol çəkiblər. Gəlin razılaşaq ki, 100 min dollar əmanətə malik şəxs maliyyə cəhətdən savadsız sayıla bilməz. 100 min dolları qazanmağı bacarmaq lazımdır. Ona görə də mən burada dövlət tərəfindən sosial ədalətin pozulması ittihamını qəbul edə bilmərəm. Çünki, orada olan əmanətçilərin hamısını az qala şəxsən tanıyıram. Bu gün "Standard Bank"da 262 min bank hesabı, 158 min əmanətçi var. Təxminən 15 minə qədər əmanətçi məhz sizin dediyiniz əmanətçilərdir ki, bunların kompensasiyaları manatda ödənilir. Nəyə görə? Çünki, qanunvericilikdə öz əksini tapıb ki, əgər insanın əmanəti həm xarici valyutada, həm də manatdadırsa, bu əmanətlər birləşdirilir və ona kompensasiya manatda verilir. Bu gün hökumətdə də bir daha müzakirə etdik. Cənab prezidentlə də müəyyən məsləhətləşmələr aparılıb. Çox güman ki, mən bunu hələ vəd edə bilmərəm, amma çox güman ki, biz bir həll tapacağıq və bu insanlara kompensasiyaları manatla ödənildiyi kimi, valyutaya konvertasiya edək. Bunun yollarını araşdırırıq, bu bizim diqqətimizdədir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271