BANK

Daha bir bank dollar satışını dayandırdı
21 OKTYABR
1564

Daha bir bank dollar satışını dayandırdı

2016-10-21 11:53:00

Bu gün oktyabrın 21-də daha bir bank dollar satışını dayandırıb. Fins.az-ın araşdırması göstərdi ki, “Ekspressbank” bu gün  xarici valyuta satışını dayandırıb. Amma bank rəsmiləri  dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar. 

Xatırladaq ki, dünən oktyabrın 20-də “Ekspresbank”  dollar satışına 500 dollarlıq limit tətbiq etmək barədə qərar qəbul edib. Bu gün isə ümumiyyətlə satışı dayandırıb.  

Bundan başqa “Bank VTB (Azərbaycan)”, “Bank Respublika” və “Naxçıvanbank” dünəndən dollar satışını dayandırıb. “Paşa Bank” da xarici valyuta satışını dayandırıb.  “Bank Respublika” bu gün dollar satışına limit tətbiq edərək satışı bərpa edib. 

Beləliklə, dollar satmayan  bankların sayı 5-ə çatıb . 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271