BANK

Bu plastik kartlarla həm xərcləyib, həm də qazanırsınız
20 OKTYABR
561

Bu plastik kartlarla həm xərcləyib, həm də qazanırsınız

2016-10-20 17:54:00
"Cash back" xərclədiyiniz pulun bir hissəsinin sizə qayıtması prosesidir. Bu, adətən hər hansı məhsula və ya bankın hər hansı plastik kartına tətbiq edilir.  Siz, bankın plastik kartı ilə ödəniş edən zaman, yəni pulu xərcləyərkən məbləğin müəyyən faizi kartınıza geri qayıdır və ya kartınızda bonuslar (xal) şəklində toplanır, sonda isə ondan istifadə edə bilirsiniz. 

Bu tədbirin əsas məqsədi müştərilərin diqqətini cəlb etmək, rəqabətdə önə çıxmaq və satışa sövq etməkdir.

Lakin, qeyd etməliyik ki, bu kampaniyalardan qazanan da elə müştərilərin özüdür.

Bəs bizim banklarımızın plastik kartlarına cash back tətbiq olunurmu? 

Banco.az olaraq Azərbaycanda kartlarına cash back tətbiq edən bankları və onların plastik kartlarını araşdırdıq. Bu kartlardan istifadə etmək sizin də xeyrinizə olacaqdır.

Xərclərinizin bir hissəsini geri qaytaran plastik kartları sizlərə təqdim edirik:

AccessBank - AccessQazanc 

AccessQazanc – bank kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan unikal bir cash back xidmətidir. Bu o deməkdir ki, mala və ya xidmətə görə ödənilən məbləğin müəyyən hissəsi müştərinin kart hesabına geri qaytarılır. Qaytarılan məbləğ ödəniş edən zaman müştərilərə təqdim olunan çeklərin üzərində göstərilir. Müştərilər bu xidmətdən müxtəlif marketlərdə, restoranlarda, eləcə də geyim, ayaqqabı, məişət texnikası, mobil telefon mağazalarında, tibbi mərkəzlərdə və digər ticarət obyektlərində və xidmət sahələrində istifadə edə bilərlər. AccessQazanc layihəsi Bankın həm debet, həm də kredit kartlarının sahibləri üçün nəzərdə tutulub. Qaytarılan vəsait daha sonra istənilən qaydada istifadə oluna, o cümlədən bankomatlardan nağd şəkildə çıxarıla bilər.

Qeyd etmək lazımdır ki, AccessBank-ın bütün plastik kart sahibləri, bu proqrama qoşulan təşkilatların xidmətlərindən istifadə edərkən qazanc əldə edəcəklər.

Bank Respublika - PayKart

Bank Respublika-nın plastik kart sahibləri üçün PayKart bonus sistemi  mövcuddur.

Plastik kartınızla partnyor şirkətlərin şəbəkəsində nağdsız şəkildə alış-veriş edərkən, sistemin konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin 25%-dək sizə bonus şəklində “Pay” verilir.  Bu “Pay”lar sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər (nağd şəkildə çıxarıla bilməz). 

Bank of Baku - Bolkart

Bank of Baku-nun həm debet, həm də kredit kartlarından pul xərcləyən zaman ballar hesablanır. 

Bolkartla alış-veriş etdiyiniz zaman ballar qazanırsınız. BAL-ların məbləği Sizin kartdan istifadə məkanından və hissəli ödəniş seçiminizdən asılıdır. Yalnız ölkəxaricində istənilən, ölkədaxilində isə müvafiq POS terminallar və E- ticarət ilə ödəniş zamanı BAL-lar hesablanır. 

Unibank - Albalı PLUS

Bank kartınızdan xərclədiyiniz vəsaitin bir hissəsinin kartınıza qayıtmasını istəyirsiniz?  Unibankın debet kartları  sizə bu imkanı yaradacaq. İndi Unibank-ın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarında Cashback xidməti var. Partnyor şəbəkələrdə etdiyiniz alış-veriş zamanı xərcinizin 20%-ədək hissəsi kartınıza geri qayıdır.

Kapital Bank müştəriləri üçün “KapitalBonus”

Kapital Bankın kart sahibləri həm ölkə daxilində, həm də dünyanın istənilən ölkəsində Kapital Bankın kartları ilə alış-veriş edən zaman Bank öz komissiya gəlirlərinin bir hissəsini müştərinin kart hesabına geri qaytarır. Başqa sözlə, hər şey əvvəlki qaydada baş verir, müştəri heç nə itirmir, əksinə Kapital Bank öz gəlirini müştəriləri ilə paylaşmaqla xidmətlərinə əlavə dəyər qatır.

Həmçinin, Kapital Bankın kart sahibləri bankın partnyorluq etdiyi ticarət və xidmət şəbəkələrində ödəniş apararkən 2%, 3%, 10% və s. həcmində bonus qazanırlar. Bonus məbləği, əməliyyat gününün səhəri müştərinin kart hesabına nağd pul şəklində geri qaytarılır 

Bank Silk Way - Miles Kart

Gündəlik alış-veriş və xidmətlərin haqqını Miles kartları vasitəsilə ödəməklə “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə pulsuz uçuş bileti əldə edə bilərsiniz.

Expressbank - EXPRESSCLUB

ExpressClub - daha müasir, daha rahat və daha gəlirli vasitə olan bir Expressbank xidmətidir.

Exressbank-ın bütün plastik kart sahibləri ölkədaxilində plastik kartlarından POS-terminal vasitəsi ilə ödəniş edərkən tərəfdaş və digər ticarət/əyləncə mərkəzlərində xərclədikləri vəsaitin 20%-dək hissəsini "cash back" (karta geri ) alırlar. 

Mənbə: Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274