BANK

NIKOIL | Bank kapitalını artırdı
20 OKTYABR
247

NIKOIL | Bank kapitalını artırdı

2016-10-20 12:12:00

NIKOIL | Bank-ın əsas səhmdarı "TOPAZ İNVESTMENTS" QSC Bankın 60 mln. AZN dəyərində olan səhmlərinin yeni emissiyasının birinci hissəsini bütövlüklə alıb. Bu səhmlər cari ilin 30 sentyabr tarixində Bakı Fond Birjasında yerləşdirilmişdir. Beləliklə, NIKOIL | Bank-ın nizamnamə kapitalının artırılmasının birinci mərhələsi başa çatdı. Bunun nəticəsi olaraq NIKOIL | Bank-ın nizamnamə kapitalı  94 mln. 500 min AZN təşkil edir.

90 mln. AZN civarında ikinci tranş, kapitalın 184 mln. 500 min AZN miqdarında artırılmasını nəzərdə tutur.  Bu qərar 21 sentyabr 2016-cı il tarixində keçirilən Səhmdarların Ümumi Yığıncağında qəbul olunmuşdur. Bankın majoritar səhmdarı lazımi vəsaitləri banka yerləşdirib və hal-hazırda səhmlərin birja vasitəsilə emissiyası üzərində işlər həyata keçirilir.

Beləliklə, NIKOIL | Bank-ın səhmləri səhmdarlar arasında aşağıdakı şəkildə bölüşdürülüb:

"TOPAZ İNVESTMENTS" QSC - 84,08%

 "NİKOİL" QSC - 15,55%

 "ISR Holding" MMC - 0,37%

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271