BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
20 OKTYABR
1429

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-10-20 11:57:00

Oktyabr ayının 20-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Amrah Bank”dır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.6250 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda alış qiyməti 1.5390 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Turanbank”dadır. Bu bank dolları 1.6300 manata satır.Dolların ən yüksək satış qiyməti isə 1.6671 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avro qiymətləri 

Avronu ən baha  “Amrah Bank”  alır –1.7800 manat.Avronun ən ucuz götürüldüyü bank  isə “Bank Respublika” və “Yapı Kredi Bank ”dadır-1.6872  manat. Avronu ən ucuz  “Turanbank” və “Azərpoçt” satır -1.7900 manat. Avronun ən baha satış qiyməti 1.8276 manat təşkil edir.“Azərbaycan Beynəlxalq Bankı” avronu  bu məzənnə ilə satır.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271