BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
19 OKTYABR
978

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-10-19 12:17:00

Oktyabr ayının 19-da  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Bank BTB”dir. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.6140 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda alış qiyməti 1.5362 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Kapital Bank”dadır. Bu bank dolları 1.6090 manata satır.Dolların ən yüksək satış qiyməti isə 1.6640 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avro qiymətləri 

Avronu ən baha  “Bank BTB”  alır –1.7720 manat.Avronun ən ucuz götürüldüyü bank  isə “Bank Respublika” və “Yapı Kredi Bank ”dadır-1.6865  manat. Avronu ən ucuz  “Bank Avrasiya”   satır-1.7700 manat. Avronun ən baha satış qiyməti 1.8318 manat təşkil edir.“Azərbaycan Beynəlxalq Bankı” avronu  bu məzənnə ilə satır.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274