BANK

“Lider” komissiya haqqını ləğv etdi
19 OKTYABR 2016
498

“Lider” komissiya haqqını ləğv etdi

2016-10-19 11:28:00

Yalnızca pul köçürmələri – başqa heç bir şey tələb olunmur! Oktyabr ayından başlayaraq “Lider” ödəniş sisteminin müştəriləri pul köçürmələri edərkən komissiya haqqı ödəməli deyillər. “Lider” ödəniş sistemi bütün sistem xərclərini öz üzərinə götürür.

Beləliklə, pul köçürmələri zamanı komissiya haqqı Rusiya, həmçinin Azərbaycan, Qırğızıstan, Abxaziya, Belorusiya, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan və Tacikistan istiqamətləri üzrə ləğv edilir. Bundan əlavə, müştəri Azərbaycan, Qazaxıstan və Ukraynadan Rusiyaya və yuxarıda qeyd edilən 10 ölkəyə pul göndərdikdə komissiya haqqı ödəməli olmayacaq. Oktyabr ayının sonuna qədər 0 tarifi digər ölkələrdə də tətbiq ediləcək.

Bu yeni şərtlər göndərilən və qəbul edilən valyutalar bir-birindən fərqləndikdə tətbiq ediləcək. Məsələn, pul rus rublu ilə göndərilirsə və alıcıya ABŞ dolları ilə təqdim edilirsə pul göndərən şəxsdən komissiya haqqı alınmır. Konvertasiya isə pul köçürməsi zamanı mövcud olan “Lider” sisteminin məzənnəsinə əsasən həyata keçirilir. Pul köçürməsini isə rubl, ABŞ dolları və avro ilə etmək mümkündür.

“Lider” ödəniş sisteminin satış direktoru Tatyana Qalkina bildirib: “Biz öz müştərilərimizin üstünlük verdikləri cəhətləri araşdırdıq və şirkətin pul ödənişlərinin 50%-dən çoxunun həyata keçirildiyi ölkələri təyin etdik. Komissiya haqqını ləğv edərək müştəri loyallığının artacağına ümid edirik ki, bu da son nəticədə dövriyyənin artmasına səbəb olacaq. Partnyorlarımız olan banklar və şəbəkə riteylerləri, müştərilərimizin baş çəkdiyi ofislər üçün əməkdaşlıq şərtlərimiz dəyişməz olaraq qalır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7023
  • € EUR
    1.9152
  • ₽ RUB
    0.0301