BANK

Dollar günortadan sonra bahalaşdı
18 OKTYABR
931

Dollar günortadan sonra bahalaşdı

2016-10-18 15:55:00

Banklar dolların alış və satış qiymətini qaldırmaqda davam edirlər. Bugünədək keçirilmiş son bir neçə hərracda rəsmi Dollar/manat məzənnəsi aşağı düşsə də, banklar dolların alış və satış qiymətlərini aşağı salmırdılar.

Bu gündən isə rəsmi məzənnə də qalxmağa başlayıb. 18 oktyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir. Hərrac 1 ABŞ dolları üçün 1,5969 məzənnəsi ilə başlamış və1,5999 məzənnəsi ilə yekunlaşmışdır. 

“Marja”nın məlumatına görə, günortadan sonra  Bank of Baku, Amrahbank, Turanbank, Azərbaycan Sənaye Bankı, CDB Bank,  PAŞA Bank, Unibank, VTB Bank Azərbaycan və Rabitəbank dolların qiymətini qaldırıblar.

Bu gün səhər 1 Dolları 1.6050 manatdan alan, 1.6140 manatdan satan Amrahbank, günortadan sonra 1.6060 manatdan alır, 1.6180 manatdan isə satır.

Bu gün səhər 1 Dolları 1.5700 manatdan alan, 1.6100 manatdan satan Azərbaycan Sənaye Bankı günortadan sonra dolları 1.5700 manatdan alır, 1.6300 manatdan satır.

Bu gün səhər 1 Dolları 1.5960 manatdan alan, 1.6180 manatdan satan Bank of Baku günortadan sonra dolları 1.6000 manatdan alır, 1.6280 manatdan satır.

Bu gün səhər 1 Dolları 1.6150 manatdan satan CDB Bank günortadan sonra dolları  1.6200 manatdan satır.

Bu gün səhər 1 Dolları 1.5800 manatdan alan, 1.6180 manatdan satan PAŞA Bank günortadan sonra dolları 1.5800 manatdan alır, 1.6230 manatdan satır.

Bu gün səhər 1 Dolları 1.5800 manatdan alan, 1.6100 manatdan satan VTB Bank günortadan sonra dolları 1.5900 manatdan alır, 1.6250 manatdan satır.

Bir sıra bankların xarici valyuta satışına limit qoyuduğu da bildirilir. 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272