BANK

Valyuta əməliyyatlarından 31,8 milyon gəlir götürüb
18 OKTYABR
664

Valyuta əməliyyatlarından 31,8 milyon gəlir götürüb

2016-10-18 15:38:00

PAŞA Bankın valyuta əməliyyatları üzrə 31,8 milyon manatlıq xalis gəliri olub. Fins.az PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımova istinadən xəbər verir ki, bunun 23 milyonu yeni ildə dövlət tərəfindən həyata keçirilən gömrük və vergi siyasətində aparılan islahatlarla bağlı olub. Çünki müştərilərin bank vasitəsilə həyata keçirdiyi əməliyyatlar və onların dövriyyələri artıb. Nəticədə 2016-cı ilin 9 ayı ərzində PAŞA Bankın müştəri hesablarının dövriyyəsi təxminən 8,5 milyarda yüksəlib. 

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov gəlirlərdə valyuta satışının rolunun olduğunu da inkar etməyib. 

"Neftin ixracını kənara qoysaq, Azərbaycanın xarici ticarət əməliyyatları əsasən idxal ilə bağlıdır. Bunlara görə, valyuta əməliyyatları üzrə gəlir 32 milyon manata yaxın olub. Bu gəlirin ilin sonuna qədər yüksək qalacağını gösləyirik ".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274