BANK

Mərkəzi Bank qarşısında 22 milyon öhdəliyi var
17 OKTYABR
558

Mərkəzi Bank qarşısında 22 milyon öhdəliyi var

2016-10-17 14:22:00

Bank Silk Vey bu ilin 3-cü rübü üzrə hesabatını açıqladı. Fins.az hesabata əsasən məlumat verir ki, bankın cəmi gəlirləri 31739 min AZN təşkil edib. Bunun 19636 min AZN-i faiz gəlirlərinin payına düşüb. 

Hesabata görə, bankın cəmi xərcləri 12435 min AZN olub. Bank hesabat dövrü üçün 303 min AZN məbləğində mənfəət vergisi ödəyib. Bank Silk Vey özü 5669 min AZN xalis mənfəətlə çıxıb. 
Bankın nizamnamə kapitalı 101545 min AZN təşkil edib. Məcmu kapitalı isə 112765 min AZN səviyyəsindədir. Məcmu kapitalın adekvatlıq əmsalı 10% normaya qarşı 16,91% olub. 
Bank Silk Vey cəmi aktivlər üzrə 393508 min AZN-ə malikdir və depozit portfeli 170103,31 min AZN təşkil edir. Portfeldə fiziki şəxslərin  müddətli depozitləri 105915 min AZN, hüquqi şəxslərin müddətli depozitləri isə 6365 min AZN-dir. Mərkəzi Bankın Bank Silk Veyə qarşı maliyyə tələbi isə 22500 min AZN-dir.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272