BANK

"VTB Azərbaycan" manat əmanətlərini bahalaşdırdı
17 OKTYABR
379

"VTB Azərbaycan" manat əmanətlərini bahalaşdırdı

2016-10-17 12:03:00

Bank VTB (Azərbaycan) manat əmanətləri üzrə faiz dərəcəsini artırıb. İndi “Sərfəli” əmanəti üzrə maksimal faiz dərəcəsi 17% təşkil edir. Yeni şərtlərə əsasən, müştərilər 6,12 və ya 24 ay müddətinə depozit hesabı aça bilər. Faizlər aylıq və ya depozit müddətinin sonunda ödənilir. Əmanətin minimal məbləği əvvəlki kimi 100 manat təşkil edir.

Faiz dərəcəsi faizlərin ödənilməsi şərtlərindən və depozitin müddətindən asılı olaraq dəyişir. Faizlər hər ay ödənildikdə illik faiz dərəcəsi 13-15,8% təşkil edir. Vəsaitlər depozit müddətinin sonunda verildikdə faizlər 14-17% arasında dəyişir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274