BANK

“Siz, nə vaxt bağlanırsız, Allah qoysa?” – BANKIN CAVABI
17 OKTYABR
3257

“Siz, nə vaxt bağlanırsız, Allah qoysa?” – BANKIN CAVABI

2016-10-17 10:04:00

2016-cı ildə bir-birinin ardınca bankların lisenziyalarının ləğv edilməsi insanlarda “Görəsən növbə hansı bankdadır?” sualının yaranmasına səbəb olub. Bu barədə suallar ekspertlər ilə bərabər, banklara da ünvanlanır.

Bu yaxınlarda “AccessBank”ın Facebook səhifəsində Banka “Siz, nə vaxt bağlanırsız, Allah qoysa?” sualı verilib. Bank da öz növbəsində izləyiciyə məzəli və kreativ cavab yazıb: “Hər gün saat 18:00-da, lakin səhər saat 09:00-da yenidən Sizin xidmətinizdəyik!”

“AccessBank”ın cavabı sualı verən şəxs tərəfindən bəyənilib və "like" edilib. Eyni zamanda sual-cavab sosial şəbəkədə müxtəlif səhifələr tərəfindən paylaşılıb və “AccessBank”ın cavabı minlərlə Fecebook istifadəçisi tərəfindən "like" edilib. Kreativ cavab bir sıra xəbər portallarının da diqqətini cəlb edib.

İzləyicinin “AccessBank”ın cavabından razı qalmasına əsasən deyə bilərik ki, digər bankların da müştərilərə belə mehriban olması müştəri loyallığını artıra bilər.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272