BANK

“Bank Standard” əmanətçisinin şikayətinə – ADİF-DƏN CAVAB
14 OKTYABR
508

“Bank Standard” əmanətçisinin şikayətinə – ADİF-DƏN CAVAB

2016-10-14 17:11:00

“Bank Standard”ın Lənkərandakı əmanətçisi Afiq Məlikov fins.az-a müraciət edərək əmanətinin ala bilmədiyini deyib. Onun sözlərinə görə, bankın Lənkəran filialına müraciət etsə də, bankdan müştəriyə bildiriblər ki,  Əmanətlərin Sığortalanması Fondundan nümayəndə heyəti gəlməyincə filialda heç kimə əmanət verilməyəcək. ADİF-dən isə müştəriyə isə bildiriblər ki, bankın baş ofisindən və filiallardan əmanətini götürə bilər.

Məsələ ilə bağlı ADİF-in rəhbəri Azad Cavadov  fins.az-a bildirib ki, əmanətlərin region filiallarında qaytarılması ilə bağlı heç bir problem yoxdur. Bankın Gəncə, Quba və Lənkəranda  3 filialı  var. Baş ofisdə əmanətlərin qaytarılmasına başlanılan zaman filiallarda da prosesə başlanılıb: “Sadəcə müəyyən prosedurlara görə bir qədər gecikmə ola bilər. Amma indi hər bir müştəri müraciət edərək öz əmanətini götürə bilər”. A.Cavadov bildirib ki, filiallarda da 50 min dollar və 80 min manata kimi əmanətlərin qaytarılmasına başlanılıb.  

Ümumilikdə isə  bankın 2 min müştərisinə 58 milyon manat həcmində əmanət qaytarılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271