BANK

«Muğanbank» kreditlərini Beynəlxalq Banka həvalə etdi
14 OKTYABR
1408

«Muğanbank» kreditlərini Beynəlxalq Banka həvalə etdi

2016-10-14 16:34:00

«Muğanbank» ASC kredit portfelinin bir hissəsini Beynəlxalq Banka köçürüb. Artıq bu gün müştərilərə bu barədə məlumat verilib və sənədləşmə ilə bağlı təcili banka çağırılıblar.

Bununla da «Muğanbank» problemli kreditlərini toplamaq missiyasını Beynəlxalq Banka həvalə edib.   

Fins.az-ın sorgusuna cavab olaraq  Bankın Marketinq Departamentinin direktoru Rəşad Əliyev faktı təsdiq edib. Bildirib ki, bankın kredit portfelinin bir hissəsi Beynəlxalq  Banka verilib. Bunlar sırf istehlak kreditləridir. Digər məlumatlara görə, «Muğanbank»dan köçürülən kredit portfeli üzrə konkret razılaşma olub və qayıtmayan portfelin yığılmasından əldə olunan gəlirin bir hissəsi də qarşı tərəfə çatacaq. Ancaq Beynəlnxalq Bankdan kreditlərin köçürülməsi ilə bağlı  məlumat verilməyib.  

Xatırladaq ki, bir müddət öncə «Muğanbank» problemli kreditlərinin bir hissəsini və istehlak kreditlərini “Kapital Bank”a köçürüb. Bununla da «Muğanbank» problemli kreditlərini toplamaq missiyasını “Kapital Bank”a həvalə edib. “Kapital Bank”da maaş və ya pensiya kartları olan “Muğanbank” müştərilərinin kreditləri həmin banka köçürülüb. Güman ki, burada kreditlər kart sahiblərinin hesabındakı vəsaitdən çıxılacaq. 

Qeyd edək ki, bunun üçün kredit ödəyicisinin müqavilə və ya ərizə əsasında rəsmi razılığı və ya məhkəmə qərarı olmalıdır. Bununla bağlı Mülki Məcəllədə konkret maddələr yer alıb:

«Maddə 964. Pul vəsaitinin hesabdan silinməsinin əsasları

964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulan hallarda yol verilir».

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271