BANK

Dolları limitlə satmağa başladı – BANKDAN YENİLİK
14 OKTYABR
2550

Dolları limitlə satmağa başladı – BANKDAN YENİLİK

2016-10-14 12:27:00

Oktyabr ayının 14-də, yəni bu gündən daha bir bank xarici valyuta satışına limit qoyub. Söhbət “Dəmirbank”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, dollar satışı üzrə 5000, avro satışı üzrə isə 1000 dollar limit təyin edilib. Bankdan  bunun səbəbi açıqlanmayıb, yalnız bildirilib ki, bu qərar daxili qaydalar əsasında müəyyənləşdirilib. Belə ki, gündəlik olaraq xarici valyuta satışında limit dəyişə bilər və ya limitsiz satış həyata keçirilə bilər.

Qeyd edək ki, “Dəmirbank” sentyabr ayının 29-dan etibarən limitsiz dollar və avro satışını bərpa etmişdi.

Hazırda bankda dolların alış məzənnəsi 1.5850 manat, satış məzənnəsi isə 1.6060 manatdır. Avronu bank 1.7260 manata alıb, 1.7780 manata satır.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272