BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
14 OKTYABR
792

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-10-14 11:54:00

Oktyabr ayının 14-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Amrahbankdır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.5970 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə “Bank VTB (Azərbaycan)”dır. Bu bankda alış qiyməti 1.5490 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Kapital Bank”dadır. Bu bank  dolları 1.6040 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1.6609 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avro qiymətləri 

Avronu ən baha  “Amrahbank” və “Bank BTB”  alır –1.7600 manat.Avronun ən ucuz götürüldüyü bank  isə “Bank Respublika” dadır-1.6920  manat. Avronu ən ucuz  “Bank of Baku”, “Nikoyl Bank” və “Zıraat Bank (Azərbaycan)”satır-1.7750 manat. Avronun ən baha satış qiyməti 1.8318 manat təşkil edir. “Azərbaycan Beynəlxalq Bankı” avronu  bu məzənnə ilə satır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272