BANK

Banklar dolların qiymətini qaldırırlar
14 OKTYABR
4521

Banklar dolların qiymətini qaldırırlar

2016-10-14 11:33:00

Mərkəzi Bankın rəsmi Dollar/manat məzənnəsi aşağı düşməkdə davam etsə də, banklar dolları eyni sürətdə ucuzlaşdırmırlar, hətta bir sıra banklar bahalaşdırırlar.

Bank Respublika, Rabitəbank, Turanbank, DəmirBank və Amrahbank dünən ilə müqayisədə dolların qiymətini qaldırıblar.

Məsələn, dünən 1 Dolları 1.6050 manata satan Bank Respublika bu gün 1.6090 manatdan satır.

Dünən 1 Dolları 1.5750 manatdan alan, 1.6150 manatdan satan Rabitəbank bu gün 1.5810 manatdan alır, 1.6200 manatdan satır.

Dünən 1 Dolları 1.5600 manatdan alan, 1.6100 manatdan satan TuranBank bu gün 1.5600 manatdan alır, 1.6300 manatdan satır.

Dünən 1 Dolları 1.5960 manatdan alan, 1.6090 manatdan satan Amrahbank bu gün 1.5970 manatdan alır, 1.6090 manatdan satır.

Dünən 1 Dolları 1.5800 manatdan alan, 1.6030 manatdan satan Dəmirbank bu gün 1.5850 manatdan alır, 1.6060 manatdan satır.

Qeyd edək ki, Oktyabrın 13-də də bir sıra banklar Oktyabrın 12-si ilə müqayisədə Dolların alış və satış kursunu qaldırmışdılar.

Qeyd edək ki, bu gün ( 14 Oktyabr 2016) dünən ilə müqayisədə rəsmu USD/AZN məzənnəsi aşağı düşərək 1.5970 manata düşüb. Son 35 gündə isə rəsmi məzənnə 1.6403 manatdan 1.5970 manata geriləyib.

Mərkəzi Bankın yeni hərrac qaydalarına görə, hərracdakı tələb, hərraca çıxardılmış və satılmış məbləğ ictimaiyyətə açıqlanmır. Buna görə, Mərkəzi Bankın açıqlamasından məzənnənin aşağı düşdüyü görünsə də, əslində tələbin  təklifdən çox olduğundan şübhələnilir. İddia olunur ki, banklar istədikləri məbləğdə dolları hərracdan ala bilmirlər. Bu səbəbdən də banklarda dolların düşməsi rəsmi məzənnədəki kimi hiss olunmur.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272