BANK

VTB Azərbaycana yatırdığı investisiyanın həcmini – AÇIQLADI
14 OKTYABR
6208

VTB Azərbaycana yatırdığı investisiyanın həcmini – AÇIQLADI

2016-10-14 10:19:00

"VTB Qrup" 2009-cu ildən etibarən Azərbaycan iqtisadiyyatına $700 mln. həcmində investisiya yatırıb. Fins.az  "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Eldar Tlyabiçev bildirib.

Onun sözlərinə görə, bu vəsaitdən $300 mln. "Bank VTB (Azərbaycan") ASC-nin inkişafına, $400 mln. isə nəqliyyat və infrastruktur kimi sahələrdə reallaşdırılan layihələrin inkişafına yönəldilib. 

"Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 51%-i Rusiyanın "Bank VTB" ASC-yə, 48,99% "AtaHolding" ASC-yə, 0,01% isə fiziki şəxsə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272