BANK

“Bank Standard”da qaytarılan əmanətlərin - MƏBLƏĞİ ARTDI
14 OKTYABR
350

“Bank Standard”da qaytarılan əmanətlərin - MƏBLƏĞİ ARTDI

2016-10-14 09:30:00

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 13 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  17 mln. 977 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 849 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 501 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Fins.az-a verilən məlumata görə, 13 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 869 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 715 min manatdan artıq kompensasiya ödənilib. 

13 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

13 sentyabr 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 58 mln. 12 min  manat artıq kompensasiya ödənilib. 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 323 mln. 268 min manatdan artıq kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275