BANK

"Bank Standard"ın işçiləri maaşlarını "Muğanbank"dan alacaq
13 OKTYABR
452

"Bank Standard"ın işçiləri maaşlarını "Muğanbank"dan alacaq

2016-10-13 17:05:00

Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin əməkdaşlarının sentyabr ayı üzrə əmək haqları nağd şəkildə ödəniləcək. Bunu  Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) deyiblər.

Eləcə də bax: Əmanətçı: “Bundan sonra pulu bankda yox, bankada saxlayacam”

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Həmin gündən Bankda əməliyyatlar dondurulduğu üçün işçilər sentyabr ayının maaşını ala bilməyiblər.

Eləcə də bax: "Bank Standard"ın qarşısından - CANLI YAYIM

ADİF-dən onu da bildiriblər ki, "Bank Standard"ın bəzi işçiləri hələ ki, vəzifələrində saxlanılacaq. Onların oktyabr və növbəti aylar üçün əmək haqqı isə "Muğanbank" ASC vasitəsilə ödəniləcək: "Hazırda "Muğanbank"a plastik kartların sifariş verilməsi planlaşdırılır. Bu aydan başlayaraq "Bank Standard"da işləyəcək adamlar maaşını həmin bankın kartları vasitəsilə alacaqlar". 

Eləcə də bax: Palata əmanətlərin ödənilməsi qrafikini – AÇIQLADI

Eləcə də bax: "Bank Standard"ın əmanətçilərinə – MÜRACİƏT

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272