BANK

Mərkəzi Bank uçot dərəcəsinə yenidən baxacaq
13 OKTYABR
776

Mərkəzi Bank uçot dərəcəsinə yenidən baxacaq

2016-10-13 10:58:00

Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra da uçot dərəcəsini makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya üzrə meylləri, habelə maliyyə bazarlarında gedən prosesləri nəzərə alınmaqla müəyyənləşdirəcək. Bunu  AMB-dən bildiriblər.

"İnflyasiyanın azalması və onun yenidən yüksəlməsi riskləri səngidiyi halda uçot dərəcəsinin azaldılması məsələsinə baxıla bilər", - deyə cavabda vurğulanır.

Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 15% səviyyəsindədir.

Mənbə:APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272