BANK

Dünyanın ən etibarlı bankları – SİYAHI
13 OKTYABR
503

Dünyanın ən etibarlı bankları – SİYAHI

2016-10-13 10:01:00

Ən etibarlı banklara sahib ölkələrin reytinqi Ümumdünya iqtisadi forumunun qlobal rəqabət bacarığı haqqında hesabatı əsasında tərtib edilib. Insider.pro nəşrinin verdiyi məlumata görə, bu hesabat ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətlərini əks etdirən çox saylı amillər əsasında yaradılır. Bu amillərdən biri də bankların etibarlılığının qiymətləndirilməsidir.

Tərtib edilən reytinq hər hansı obyektiv iqtisadi göstəricilər və yaxud audit deyil, daha çox şəxsi təəssüratlar əsasında yaradılıb.

Sorğu nəticəsində belə məlum olur ki, Böyük Britaniya və ABŞ sakinləri 2008-ci ildə baş verən iqtisadi böhrandan sonra öz ölkələrinin bank sistemlərinə etibar etmirlər. Böyük Britaniya bu reytinqdə 62-ci, ABŞ isə 36-cı yeri tutun.

  1. İsveç

Ümumdünya İqtisadi forumunun həyata keçirdiyi sorğuya əsasən, İsveçrə bankları mənfi faiz dərəcələri siyasətindən hələ də əziyyət çəksələr də, dünyanın ən etibarlı kredit təşkilatı olaraq qalmaqdadırlar.

  1. Çili

Cari ilin iyun ayında Fitch reytinq agentliyi Çili bank sisteminin proqnozunu mənfiyə qədər endirdi. Lakin forumun sorğusuna inansaq, bu Çili sakinlərini qorxutmur.

  1. Sinqapur

Sinqapur dünyanın aparıcı maliyyə mərkəzlərindən biri hesab olunur və bu onun bank sisteminin etibarlılığı ilə sübut olunur.

  1. Norveç

Norveç iqtisadiyyatı neft qiymətlərinə bağlı olduğundan ölkə son illər ərzində ciddi çətinliklər ilə üzləşib və bu ilin avqust ayında Moody’s agentliyi ölkənin proqnozunu mənfiyə qədər endirdi. Lakin son aparılan araşdırmaya görə, yerli bank sistemi əvvəlki kimi ayaqda durmağı bacarır.

  1. Honqkonq

Dünyanın digər bir maliyyə mərkəzi olan Honqkonqda dünyanın nəhəng bank vı etibarlı maliyyə institutlarının nümayəndəlikləri yerləşir.

  1. Avstraliya

Avstraliyanın bank sistemindəki vəziyyəti 4 nəhəng bank təyin edir. Əcnəbi kredit təşkilatlarının fəaliyyəti isə ciddi olaraq nəzarət altında saxlanılır. Bu yerli bank sisteminin möhkəmliyini təmin edir.

  1. Yeni Zellandiya

Yeni zellandiyanın bank sistemində hər şeyi 5 açar mövqeli oyunçu həll edir. Zəif rəqabət fonunda yaxşı gəlir və artım yerli bankların çiçəklənməsinə səbəb olur.

  1. Kanada

Artıq bir neçə ildir ki, Kanada bankları iqtisadi sabitlik nümunəsi rolunu oynayır. Son 100 ildə cəmi 2 kiçik regional bankda müflis olma halı qeydə alınıb. 1930-cu illərdə Böyük depressiya zamanı bütün Kanada banklarının tənəzzülə doğru getməsinə baxmayaraq, onlara olan etibar hissi öz qüvvəsini itirməyib.

  1. CAR

CAR-ın Standard Bank, FirstRand Bank, Nedbank, və Barclays Africa banklarından ibarət olan nəhəng 4-lüyü yerli bank sistemindəki vəziyyətə nəzarət edir və ölkənin bank sistemi dünyanın ən etibarlı bank sistemlərindən biri hesab olunur və reytinqdə ikinci pillənin sahibidir.

  1. Finlandiya

Finlandiya bank sistemində əsas rolları riskli əməliyyatlarla məşğul olan kooperativ və əmanət bankları oynayır. Ölkənin maliyyə sistemi 2015-ci ildən başlayaraq yüksək templərlə inkişafını davam etdirir.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272