BANK

Azərbaycanın məcmu valyuta ehtiyatları 553 mln. dollar artıb
12 OKTYABR
475

Azərbaycanın məcmu valyuta ehtiyatları 553 mln. dollar artıb

2016-10-12 16:08:00

Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 39 954,8 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, bunun 89,66%-i və yaxud 35 822,1 mln. dolları Dövlət Neft Fondu (ARDNF), 10,34%-i və yaxud 4 132,7 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb. 

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 553 mln. dollar və yaxud 1,4% artıb. Son üç ayda ARDNF-in valyuta ehtiyatlarında 704,2 mln. dollar artım, AMB-nin valyuta ehtiyatlarında isə 151,2 mln. dollar azalma baş verib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə Azərbaycanın valyuta ehtiyatları 1,798 mlrd. dollar və yaxud 4,31% azalıb.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275