BANK

"Gəncəbank" bazarı tərk edəcəkmi?
12 OKTYABR
326

"Gəncəbank" bazarı tərk edəcəkmi?

2016-10-12 11:02:00

Oktyabrın 21-də, saat 10:00-da Gəncə İnzibati-İqtisadi Məhkəməsində "Gəncəbank" ASC-nin lisenziyasının bərpa edilib-edilməməsi ilə bağlı iclas keçiriləcək. Məhkəmədən verilən məlumata görə, işə hakim Kamil Rzayevin sədrliyi ilə baxılacaq.

Məlumata görə, bu işlə bağlı məhkəmə prosesi sentyabrın 9-na planlaşdırılsa da, iclasdan öncə Bank işçilərin əmək haqlarının ödənilməsi ilə bağlı vəsatət qaldıraraq müflis elan edilməməsini tələb edib. Amma bu tələbə baxılmayıb və qərardad çıxarılıb. "Gəncəbank" həmin qərardaddan apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsi Bankın şikayətini təmin etməyib.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu il fevralın 15-də "Gəncəbank"ın müflis elan edilməsi, iflas proseduruna başlanılması, "Azerbaijan International Consulting Company" MMC-nin Banka ləğvedici təyin edilməsi barədə qərar qəbul edib. Lakin "Gəncəbank" bundan apellyasiya şikayəti verib. Martın 18-də Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin çıxardığı qərardadı və qərarı ləğv edib. İş aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, "Gəncəbank"ın lisenziyası bu il yanvarın 22-də Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilib. Yanvarın 25-də isə Banka müvəqqəti inzibatçı təyin edilib. AMB-nin səlahiyyətlərinin bir qisminin bu il fevralın 3-də yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməsi ilə əlaqədar hazırda "Gəncəbank" Palatanın əməkdaşı Seymur Əliyevin nəzarətindədir.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272