BANK

Daha bir bank BOKT-a çevrilir
11 OKTYABR 2016
2483

Daha bir bank BOKT-a çevrilir

2016-10-11 15:25:00

Azərbaycanda daha bir bank BOKT-a çevrilir. Söhbət lisenziyası ləğv edilən“Parabank”dan gedir. Bu barədə fins.az-a bank dairlərindən bildirilib. Məlumata görə,  bankdan bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib. Palata bunun üçün bankdan öhdəliklərini tam yerinə yetirməyi tələb edib.

Mənbədən bildirilib ki, “Parabank”ın dekabr ayının sonuna kimi depozitlərlə bağlı  və digər öhdəliklərini yekunlaşdıracağı gözlənilir. Daha sonra bankın BOKT-a çevrilməsi baş tutacaq. Bunun üçün 10 milyon manat həcmində istiqraz emissiyası da həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7515
  • € EUR
    1.8483
  • ₽ RUB
    0.0301