BANK

Azərbaycanda 2700 bank işçisi iş axtarır
11 OKTYABR
588

Azərbaycanda 2700 bank işçisi iş axtarır

2016-10-11 13:50:00

Bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib. Fins.az-ın verdiyi məlumata əsasən, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. 

Nazirin sözlərinə görə, son dövrdə bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb. "Həmin insanlar işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub. Son səkkiz ayın məlumatına görə isə banklarda orta aylıq əmək haqqı çox yüksək, təxminən 1252 manatdır. Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Buna görə də bu il bu məqsədlə ayrılan 15 milyon manat bu məqsədə kifayət etmir".

S.Müslümov bildirib ki, bunun üçün işsizlikdən sığorta sistemi ortada olmalı və hər kəs öz iş yerini sığortalamalıdır

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271