BANK

Azərbaycanda manat depozitləri bahalaşıb
07 OKTYABR
390

Azərbaycanda manat depozitləri bahalaşıb

2016-10-07 14:46:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi avqust ayında qarışıq tendensiya göstərib. 

Hesabat dövründə manat əmanət və depozitlər üzrə orta faiz dərəcəsi iyul ayı ilə müqayisədə 0,84 bənd artaraq 8,55% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə isə orta faiz dərəcəsi avqustda 0,17 bənd azalaraq 5,42%-ə enib.

Kommerisya bankları tərəfindən avqust ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyutada müvafiq olaraq illik 12,28% və 10,21% təşkil edib. Xatırladaq ki, avqust ayının 1-nə bu göstəricilər manatda 12,37%, xarici valyutada isə 10,30% olub.

Mənbə:Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275