BANK

Azərbaycanın iri investisiya şirkəti nizamnamə kapitalını artırdı
07 OKTYABR
252

Azərbaycanın iri investisiya şirkəti nizamnamə kapitalını artırdı

2016-10-07 13:11:00

İnvestisiya şirkətləri sırasında ən böyük nizamnamə kapitalına malik olan AzFinance İnvestisiya Şirkəti hər birinin nominal dəyəri 1 000 AZN olan, 550 ədəd sənədsiz adlı səhm emissiya edilməsi yolu ilə öz nizamnamə kapitalını 550 000 manat həcmində artırdı. Fins.az bildirir ki, yeni emissiya edilmiş səhmlər 29 sentyabr 2016-cı il tarixində AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınıb. Bununla da “AzFinance”ın nizamnamə kapitalı 1 550 000 manata çatdırılıb.Nizamnamə kapitalının artırılması şirkətin etibarlılığını və dayanıqlığını artırmaq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275