BANK

İsgəndər Xəlilov "Nikoil Bank"dan getdi
07 OKTYABR
755

İsgəndər Xəlilov "Nikoil Bank"dan getdi

2016-10-07 10:25:00

5 oktyabr 2016-ci il tarixində NIKOIL | Bank-ın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağında Xəlilov İsgəndər Ağasəlim oğlu öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunmuşdur.

Səhmdarlar Kulişova Marina Valeryevnanın Müşahidə Şurasının Sədri təyin ediməsi barədə qərar qəbul etmişdirlər. O, Bankın  transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək. 

Eyni zamanda Romanovskiy İvan Vladimiroviçin Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilmişdir.

 Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İsgəndər Xəlilov  NIKOIL | Bank-ın səhmdarlarından biri olaraq qalır.

 Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

 Müşahidə Şurasının sədri:

 Kulişova Marina Valeryevna

 Müşahidə Şurasının üzvləri:

  •          Romanovskiy İvan Vladimiroviç
  •          Sazonov Aleksey Valeryeviç
  •          Suxoruçkin Pavel Aleksandroviç
  •          Novikov Roman Vitalyeviç

 Bankın səhmdarları, Müşahidə Şurası və menecmenti  NIKOIL | Bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə Xəlilov İsgəndər Ağasəlim oğluna minnətdarlığını bildirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272