BANK

"NBC Bank"ın rəhbərliyi dəyişdi
06 OKTYABR
1109

"NBC Bank"ın rəhbərliyi dəyişdi

2016-10-06 17:33:00

"NBC Bank" ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub. Bankın İH-nin sədr müavini Elçin Məmmədov işdən çıxıb. 

Onun yerinə Kazım Zeynalov təyin edilib. O, "NBC Bank"da 2009-cu ildən işləyir. Yeni təyinata qədər Bankın Risklərin idarə edilməsi Departamentinin müdiri olub. 

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 000 205 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 268,8 manat olan 238 096 səhm əsasında formalaşıb.

Səhmlərin 65,9%-i Bankın daxil olduğu "Nurgün Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,15%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274