BANK

Daha 2 bank vəziyyətdən çıxır – SƏHM BURAXILIŞI
06 OKTYABR
1937

Daha 2 bank vəziyyətdən çıxır – SƏHM BURAXILIŞI

2016-10-06 17:07:00

Azərbaycan bankların kapitallarını artırmaqda davam edirlər. Fins.az-ın məlumatına görə, oktyabrın 6-da Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən "Turanbank" ASC-nin hər birinin nominal dəyəri 1,082 manat olan 4,622 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palata tərəfindən həmçinin oktyabrın 3-də "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 20 220 589 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1003002024 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bundan əlavə, 29 sentyabr tarixində "AzFinance İnvestisiya Şirkəti" QSC-nin hər birinin nominal dəyəri 1,000 manat olan 550 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1001019715 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Hər üç Cəmiyyətin səhmlərinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275