BANK

Bank VTB biznes kreditlərini artırıb – HESABAT
06 OKTYABR
180

Bank VTB biznes kreditlərini artırıb – HESABAT

2016-10-06 14:57:00

Bank VTB (Azərbaycan) fəaliyyətinin bütün əsas istiqamətləri üzrə müsbət dinamika nümayiş etdirib. Belə ki, 1 sentyabr 2016-ci il tarixinə bankın aktivləri 443,6 mln manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17% çoxdur.   

Hesabat dövrü ərzində bankın depozit portfeli üzrə 37% artım olub və bu, müştərilərin VTB (Azərbaycan)-a olan etibarının göstəricisidir. Kredit portfeli 9% artaraq 377,3 mln manat təşkil edib. Kredit portfelinin əsas hissəsi – 60%-dən çoxu biznes-kreditlərinin payına düşüb. Kredit portfelinin belə strukturu bankın korporativ istiqamətin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dəstəyin artırılması üzrə yeni strategiyasına uyğundur. 

Yaxın perspektivdə VTB (Azərbaycan) yerli sahibkarlar üçün əsas tərəfdaş banka çevrilmək niyyətindədir. Bunun üçün bankın yeni komandası formalaşır, yeni xidmət paketi hazırlanır və faktorinq, dokumentar və hesablaşma-kassa əməliyyatlarının tətbiqi üzrə iş aparılır.

Bank VTB (Azərbaycan)-ın məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verir. 

"Yaxın perspektivdə biz, Rusiya ilə əlaqəli biznesi olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş-bank olmağı planlaşdırırıq. Bu məqsədlə biz iqtisadiyyatın real sektoru, istehsalat, kənd təsərrüfatı və Rusiyaya məhsulların ixracı kimi sahələri maliyyələşdirmək və inkişaf etdirmək niyyətindəyik” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272