BANK

“AccessBank”ın sədri: Xarici valyutada kredit alan yoxdur
06 OKTYABR
342

“AccessBank”ın sədri: Xarici valyutada kredit alan yoxdur

2016-10-06 14:54:00

“AccessBank” valyutada olan kreditlərin təkrar strukturlaşdırılması prosesini başa çatdırıb. Bu barədə bankın İdarə Heyətinin sədri Mixael Hoffmann cümə axşamı Bakıda “Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək” adlı VIII Azərbaycan mikromaliyyə konfransında bəyan edib.

“Biz 2015-ci ildə kreditlərin, xarici valyutada kreditlərin təkrar strukturlaşdırılması prosesinə başlamışıq. Kreditlərin ödənişi müddətini uzatdıq, borca xidmət üzrə xərclərə güzəştlər tətbiq etdik. İndi biz artıq praktiki olaraq bu prosesi başa çatmırmışıq. Əsas məqsəd kreditlərin davamlı ödənilməsini təmin etməkdir”, - deyə M.Hoffmann bildirib.

Onun sözlərinə görə, bank manatla kreditlərin verilməsini davam etdirir.

“Bu gün biz xarici valyutada kreditlərə sıfır tələbat müşahidə edirik. Manatla kreditlərə tələbat var. Biz manat kütləsinjə çıxışı təmin etmək məqsədilə hecləşmə və svop əməliyyatlarına əl atmışıq. Bundan başqa, son 3-4 ay ərzində manatla depozitlərə artım var. Bütün bunlar bizə iyun ayından xüsusilə mikromaliyyə təşkilatlarına kreditlər verməyə imkan tyaradıb. Bu gün biz mill valyutada kreditləşməni davam etdiririk”, - deyə M.Hoffmann vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, kreditləşmənin həcmi 2015-ci ildə olduğu kimi

Iri deyil, bu da bazarda ümumi tendensiyalarla izah edilir.

“Ölkənin bank bazarında vaxtı keçmiş kreditlərin həcmi sektorun bütün portfelinin 15-40%-ni təşkil edir. Dəqiq rəqəm yoxdur, lakin artım tendensiyası müşahidə olunur”, - deyə M.Hoffmann qeyd edib ki, “AccessBank” konservativ kredit siyasətini yürüdür.

Mənbə: İnterfaks

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272