BANK

Neft Fondu "Deutsche Bank"ın istiqrazlarında zərər etməyib
06 OKTYABR
174

Neft Fondu "Deutsche Bank"ın istiqrazlarında zərər etməyib

2016-10-06 14:32:00

Azərbaycan Dövlət Neft Fondu(ARDNF) investisiya portfelində yer alan "Deutsche Bank"ın istiqrazlarından zərər etməyib. 

ARDNF-dən bildirilib ki, adıçəkilən bankın istiqrazlarının qiymətlərində qısamüddətli enmə müşahidə olunsa da, Fond bundan zərər görməyib: "Buna səbəb, Fondun yatırımlarını hazırkı strategiya çərçivəsində qaytarılma müddətinə qədər saxlamasıdır. Yəni, "Deutsche Bank"ın istiqrazlarının gündəlik bazar qiyməti dəyişiklik göstərə bilər. Lakin Fond istiqrazları onların vaxtı bitənə qədər realizə etmədiyindən, hər hansı bir zərərlə üzləşmə mümkün deyil".

Xatırladaq ki, ARDNF-dən verilən məlumata əsasən, Fondun investisiya portfelində 180 mln. ABŞ dolları ekvivalentində "Deutsche Bank" istiqrazları mövcuddur. Bu da məcmu investisiya portfelinin 0,52%-ni təşkil edir. Ümumiyyətlə, ARDNF-nin istiqraz portfelində 45 ölkədən, 227 fərqli emitentin 691 emissiyası mövcuddur. Bu da ARDNF-nin investisiya portfelini, həm onun investisiya aktivlərinə görə, həm bu aktivlərin yerləşdirildiyi valyutalara görə, həm də hər bir investisiya aktivi daxilində istər emitent, istər coğrafi region, ayrı-ayrı ölkələr, istər sektorlar üzrə yüksək diversifikasiya edildiyini göstərir.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274