BANK

FİNOKO xalis mənfəətini açıqladı – HESABAT
06 OKTYABR 2016
547

FİNOKO xalis mənfəətini açıqladı – HESABAT

2016-10-06 10:53:00

“FİNOKO” bank olmayan kredit təşkilatı cari ilin ikinci rübü üzrə hesabatını açıqlayıb. Fins.az hesabata əsasən bildirir ki, BOKT-un cəmi aktivləri 9595,40 min manat olub.İlin əvvəlindən bəri artım 855 min manatdan çox olub.

“FİNOKO” müştərilərə 8437,98 min manat həcmində kredit verib. Öhdəlikləri isə 7533 min AZN təşkil edib. Verilmiş kreditlərdən daxil olan gəlirlər 1138,92 AZN tşkil edib. Bunun 21,93 min manatı komissiyon haqqların payına düşür. BOKT-un xalis mənfəəti 395.18 min AZN olub.

Sənədə əsasən, müştərilərə verilmiş kreditlər -1418592,55 AZN olub. Kredit götürənlər aldıqları vəsaitin cəmi 1075810,56 manatını geri qaytarıblar. Sahibkarlıqdan cəlb olunan vəsait 50000,00 AZN, maliyyə sektorundan cəlb olunan vəsait 337834,00, AZN, istiqrazlardan daxil olma isə 317520,00 AZN təşkil edib.

Hesabat dövrünün əvvəlinə pul vəsaitləri 288071,63 AZN, hesabat dövrünün sonuna pul vəsaitləri 26619,00 AZN olub.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304