BANK

Daha bir kredit təşkilatının lisenziyası ləğv edildi
05 OKTYABR 2016
1261

Daha bir kredit təşkilatının lisenziyası ləğv edildi

2016-10-05 14:24:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin  lisenziyasını ləğv edib. Palatadan fins.az-a verilən xəbərə görə, bu qərar qurumun müraciəti əsasənda qəbul edilib. 

“Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib. Bununla əlaqədar olaraq Palataya müraciət olunub.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilib. 

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulan maliyyə xidmətlərinin həyata keçirilməsi üçün  icazələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297