BANK

Dollarlaşma dərəcəsi 82%-ə yüksəlib
05 OKTYABR
1031

Dollarlaşma dərəcəsi 82%-ə yüksəlib

2016-10-05 11:59:00

Azərbaycan əhalisinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi 2016-cı il sentyabrın 1-nə 81,6% təşkil edib. Əvvəlki ay bu göstərici 80,8% olub. İlin əvvəlində isə əmanətlərdə dollarlaşma səviyyəsi 85%, 2015-ci ilin analoji dövründə isə 74,8% təşkil edib.

Cəmi depozit bazasında sentyabr ayının 1-nə dollarlaşma dərəcəsi 81,04% olub. Əvvəlki ay bu göstərici 80,01%, ilin əvvəlində 81,6%, ötən ilin analoji dövründə isə 74,89% təşkil edib.

Kreditlərin strukturunda sentyabrın 1-nə dollarlaşma dərəcəsi 48% təşkil edib. Avqustun 1-nə bu göstərici 48,2%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,12% olub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275