BANK

Manatla pul kütləsinin həcmi artıb
05 OKTYABR
384

Manatla pul kütləsinin həcmi artıb

2016-10-05 11:34:00

Azərbaycanda manatla geniş mənada pul kütləsinin (M2) həcmi 2016-cı il sentyabrın 1-nə 9 861,4 mln. manat təşkil edib. M2 aqreqatı avqustun 1-nə nisbətən 235,2 mln. manat və ya 2,33% azalıb. 

Keçən ilin analoji dövrü ilə müqayisədə isə geniş mənada manatla pul kütləsinin həcmi 315,7 mln. manat və ya 3,3% artıb. 

Ümumiyyətlə, M2 aqreqatının maksimal həddi 2014-cü ilin noyabr ayında (17 525,2 mln. manat), ilk devalvasiyadan etibarən minimal səviyyəsi isə bu ilin yanvarında (8 001,7 mln. manat) qeydə alınıb. Son göstərici maksimal səviyyədən 7 663,7 mln. manat və ya 43,73% az, devalvasiyadan sonrakı minimal səviyyədən isə 1 859,7 mln. manat və ya 23,24% çoxdur. 

"Report"un analitik qrupu manatla geniş mənada pul kütləsinin AMB-nin sterilizasiya əməliyyatları fonunda və dolların məzənnəsinin azalması nəticəsində azalacağını proqnozlaşdırır.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275