BANK

“Bank Standard”ın ipoteka portfeli başqa banka ötürüldü
05 OKTYABR
729

“Bank Standard”ın ipoteka portfeli başqa banka ötürüldü

2016-10-05 10:14:00

Bir qədər əvvəl fəaliyyəti dayandırılan “Bank Standard”-ın ipoteka portfelinin bir qismi “Muğanbank” ASC–yə ötürülüb. Bu barədə fins.az-a «Muğanbank»dan bildirilib. Bankdan verilən məlumata görə, “Azərbaycan İpoteka Fondu” ASC ilə “Muğanbank” ASC arasında imzalanmış (20.12.2006-cı il tarixli) xidmət müqaviləsinə oktyabrın 3-də yeni əlavə imzalanıb. Ona uyğun olaraq “Bank Standard”ın ipoteka portfeli  “Muğanbank” ASC–yə ötürülmüşdür. Beləliklə, “Muğanbank” ASC 2000 nəfərə yaxın ipoteka götürmüş müştəriyə xidmət göstərir və müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə 1-ci yerə yüksəlir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272