BANK

Ofşor bankçılıq nədir?
05 OKTYABR
358

Ofşor bankçılıq nədir?

2016-10-05 10:07:00

Ofşor bank depozitorlarının daimi yaşayış ölkənsindən kənarda yerləşən bankdır.

Ofşor bankçılıq (off-shore banking) – reallaşdırılan bank əməliyyatlarından və ya əldə edilən mənfəətdən vergi alınmayan və ya çox az vergi alınan yerlərdə həyata keçirilən bankçılıq. Ofşor banklarda açılan depozit hesabları ofşor hesablar adlanır.

Bankın hesab sahiblərinin əksəriyyətini qeyri-rezidentlər təşkil edir. Bu hesablar xarici ölkələrdə, xüsusən də, “Vergi cənnəti” adlanan ölkələ açılır və ofşor hesablar adlanır.

"Vergi cənnəti ölkələri" (tax haven countries) vergi dərəcəsi aşağı olan və ya tamamilə vergidən azad olan ölkələrdir.

Adətən, individual şəxslər və şirkətlər vergi dərəcəsi aşağı olan ofşor hesablara sahib olmağa çalışırlar. Çünki, bu hesabın bir sıra üstünlükləri var:

  • Gizliliyin təmin olunması;
  • Aşağı vergi dərəcəsi və ya tamamilə verginin olmaması;
  • Depozitlərə asan çıxış;
  • Yerli, siyasi və maliyyə risklərindən müdafiə.

Baxmayaraq ki, hazırda ofşor ərazilər həm də ada dövlətlərinfə yerləşir, “Offshore” termini ilk olaraq bu tip ərazilərin dənizə çıxışı olmayan ölkələrdə yerləşməsi idi. Bu cür ölkələrə Lüksemburq, İsveçrə, Andorra daxildir.

Ofşor bankçılığı, adətən, kölgə iqtisadiyyatı, mütəşəkkil cinayət, vergi yayınmaları, çirkli pulların yuyulması və s. qanunsuz fəaliyyətlərlə bağlı olur. Qanuni olaraq, ofşor bankçılığı faizə görə gəlir vergisinin tutulmasına icazə vermir.

Mənbə: banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275