BANK

Azərbaycan kredit kartından sürətlə imtina edir
05 OKTYABR
367

Azərbaycan kredit kartından sürətlə imtina edir

2016-10-05 10:04:00

2016-cı ilin Avqust ayında İyul ayı ilə müqayisədə ödəniş kartlarının sayı 158 min ədəd azalaraq 5 milyon 270 min ədədə düşüb.

İlin əvvəlindən ödəniş kartları 389 min ədəd, ötən ilin İyun ayından bəri isə 818 min ədəd azalıb. Qeyd edək ki, 2015-ci ilin İyun ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə qalxmışdı.

Avqustda sosial kartlar 134 min ədəd azalaraq 2 milyon 363 min ədədə, kredit kartları 16 min ədəd azalaraq 728 min ədədə, debet kartları 13 min ədəd azalaraq 648 min ədədə düşüb. Əməkhaqqı kartları isə 5 min ədəd artaq 1 milyon 531 min ədədə yüksəlib.

SON 20 AYDA 594 MİN KREDİT KARTINDAN İMTİNA OLUNUB

2015-ci ilin Yanvar ayında kredit kartlarının sayı 1 milyon 322 min ədədə qalxmışdı. Ötən müddət ərzində kredit kartlarının sayı 594 min ədəd azalıb. Təkcə 2016-cı ilin 8 ayı ərzində kredit kartlarının sayı 282 min ədəd azalıb. Ötən ilin 8 ayında kredit kartlarının sayı 141 min ədəd azalmışdı.

Qeyd edək ki, kredit şərtləri sərtləşdirildikdən sonra kredit kartları almaq çətinləşib və ya bir sıra banklar ümumiyyətlə kredit kartı satmırlar.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272